Siyasətçilər canlı yayımda dava saldılar - VİDEO

29-08-2018, 21:46           
Siyasətçilər canlı yayımda dava saldılar - VİDEO
Ukrayna Ali Radasının (parlament) sabiq xanım deputatı İnna Boqoslovskaya və Ukraynanın keçmiş nəqliyyat və rabitə naziri Yevgeni Çervonenko "112 Украина” telekanalının canlı efirində dava ediblər.

AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, telekanalda yayımlanan proqramda çıxış edən Boqoslovskaya "bazar dili” ilə danışmadığını bəyan edib.
Onun bu atmacasına Çervonenko "amma pul dalınca gələndə danışırlar” cavabını verib. Bu ifadədən qəzəblənən sabiq deputat "hansı pulların ardınca?” - deyə qışqıraraq Çervonenkoya tərəf gəlib və onu üzündən vurmaq istəyib. Lakin keçmiş nazir xanımın zərbəsindən yayına bilib.

Studiyadakı aparıcılar qəzəbli qonaqları ayıra bilsələr də, onlar bir-birinin ünvanına "Sən əclafsan!” kimi təhqiramiz ifadələr işlətməyə davam ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]