12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edən qərar qüvvəyə minib

10-06-2025, 09:34           
12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edən qərar qüvvəyə minib
12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edən qərar qüvvəyə minib

ABŞ prezidenti Donald Trampın 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edən qərarı qüvvəyə minib.
APA xəbər verir ki, Trampın əsasən Afrika və Yaxın Şərqdən olan 12 ölkə vətəndaşlarına bu ölkəyə səfər qadağası ilə bağlı qərarı bu gündən tətbiq olunmağa başlayıb.

Qeyd edək ki, Tramp bununla bağlı fərmanı iyunun 5-də imzalayıb.

Qərar ABŞ-da qeydiyyatı olan, etibarlı vizası olan və ABŞ-ın milli maraqlarına xidmət edən bu ölkələrin vətəndaşlarına şamil olunmayacaq.

Tramp zərurət yaranacağı təqdirdə səyahət məhdudiyyətinə məruz qalan ölkələrin sayına yenidən baxıla biləcəyini və yeni təhlükələr yarandıqca müxtəlif ölkələrin də siyahıya əlavə oluna biləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]