Tbilisidə vəziyyət gərginləşib: Nümayişçilərlə polis arasında toqquşmalar vaş verir – VİDEO

8-03-2023, 09:25           
Tbilisidə vəziyyət gərginləşib: Nümayişçilərlə polis arasında toqquşmalar vaş verir – VİDEO
Gürcüstan paytaxtnda vəziyyət gərginləşib.Parlamentin binası önündə keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.
Pressklub.az Gürcüstan mediasına istinadla xəbər verir ki, “Xarici agentlər” haqqında qanuna etiraz edən aksiya iştirakçıları Tbilisinin Rustaveli prospektini bağlayıblar.

Parlament binasının yaxınlığına xüsusi təyinatlı qüvvələr səfərbər edilib. Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub, yaralananlar var.


Bundan sonra nümayişçilər parlamentin yaxınlığında polisin qurduğu barrikadanı yarıblar.

Etirazçıları qanunverici orqanın əsas qapısından təxminən 10 metr ayırır. Darvazanın digər tərəfində olan polis əməkdaşları nümayişçilərin üzərinə su tökərək gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar “Gürcüstan, Gürcüstan” şüarları səsləndirirlər.

Qeyd edək ki, ötən gün parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.

Xatırladaq ki, parlament binasının önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar hazırda parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]