ABŞ-dan İrana qarşı yeni sanksiyalar

3-03-2023, 08:54           
ABŞ-dan İrana qarşı yeni sanksiyalar
ABŞ Maliyyə Nazirliyi İranın bir sıra neft-kimya şirkətini, həmçinin 20 gəmisini sanksiya siyahısına əlavə edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə maliyyə qurumunun yaydığı bəyanatda deyilir.

Məhdudlaşdırıcı tədbirlər Buşer neft-kimya şirkətinə, “Shiraz Petrochemical” neft-kimya şirkətinə, “Global Marine Ship Management” və “Shanghai Xuanrun Shipping Company Limited” kimi Çin gəmiçilik şirkətlərinə, Vyetnamın neft-qaz şirkəti olan “Golden Lotus Oil Gas and Real Estate”ə, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən olan “Swedish Management” şirkətinə qarşı görülüb.

Artıq “qara siyahı”ya neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulan 20-yə yaxın tanker, Vyetnam, Çin, Panama, San-Tome və Prinsipi, Sent Vinsent və Qrenadinr, Toqo və Tuvalu bayraqları altında üzən quru yük gəmiləri daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]