Zaxarovadan Moldovanın dövlət dilinin dəyişdirilməsinə REAKSİYA

3-03-2023, 00:01           
Zaxarovadan Moldovanın dövlət dilinin dəyişdirilməsinə REAKSİYA
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasının Moldova dilinin adının rumın dilinə dəyişdirilməsi planlarını “Amerika tipli demokratiya” adlandırıb.

Diplomat bunu öz Teleqram kanalında yazıb.

"Demokratiyaya əsl Amerika tipli dəstək. Maya Sandu dövründə Moldova öz ana dilindən imtina edir" - Zaxarova qeyd edib.

Qeyd edək ki, Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatları cümə axşamı parlamentin gündəliyinə konstitusiyada dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Müxalifətdəki Kommunistlər və Sosialistlər Blokunun deputatları bu sənədin baxılmasında iştirakdan imtina ediblər.

Bundan əvvəl Sandu belə bir fikir bildirmişdi ki, parlament dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsinə icazə vermək üçün konstitusiyaya dəyişiklik etməlidir. \\Redaktor.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]