Yaponiyada mənşəyi bilinməyən daha bir metal şar aşkarlanıb

2-03-2023, 13:25           
Yaponiyada mənşəyi bilinməyən daha bir metal şar aşkarlanıb
Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima prefekturasının hakimiyyət orqanları adaların birinin sahilində metal şar aşkarlayıb.

AZƏRTAC Fuji TV telekanalına istinadla xəbər verir ki, mənşəyi və təyinatı bilinməyən şarın diametri təxminən 1,5 metrə bərabərdir. Kaqoşima prefekturasının hakimiyyət orqanları onun içərisində boşluq olduğunu müəyyənləşdirib. Lakin ağırlığı səbəbindən şarı yerindən tərpətmək çətindir.

Fevralın 21-də ölkənin mərkəzi hissəsindəki Sidzuoka prefekturasının sahilində də oxşar metal şar tapılmışdı. Yerli orqanlar əvvəlcə onun partlaya biləcəyindən ehtiyatlansa da, sonradan şarın içərisində partlayıcı maddə aşkarlanmamışdı.

Şarların sahildə necə peyda olduğu barədə müəyyən fərziyyələr irəli sürülür, lakin hadisənin dəqiq səbəbi hələ qeyri-müəyyən olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]