Çin Rusiyaya silah verəsi olmadı…

24-02-2023, 00:03           
Çin Rusiyaya silah verəsi olmadı…
Pekin Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya “öldürücü” yardım göndərməyi düşünmür.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin çərşənbə günü brifinqdə bildirib.

O, Çinin Rusiyanın hərbi dəstəyinə qoşula biləcəyi ilə bağlı xəbərləri “Ukrayna böhranının əvvəlindən ABŞ və NATO tərəfindən yayılan şayiələr” adlandırıb.

Spiker bildirib ki, Pekin NATO-nu “Ukrayna ilə bağlı əsassız spekulyasiyalarla Çinə böhtan atmağı dayandırmağa, köhnə soyuq müharibə zehniyyətindən əl çəkməyə və qarşıdurmanı qızışdırmağa son qoymağa” çağırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]