ABŞ və Tayvan rəsmiləri görüşüblər? - Ağ Ev deyir ki...

23-02-2023, 00:05           
ABŞ və Tayvan rəsmiləri görüşüblər? -
ABŞ və Tayvanın yüksək rütbəli rəsmiləri bir sıra təhlükəsizlik və diplomatiya məsələləri, o cümlədən Tayvan boğazındakı vəziyyət və Rusiyanın Ukraynaya müdaxiləsi fonunda ABŞ və Çin arasında gərginlik barədə müzakirələri yekunlaşdırıblar.

Bu barədə "Amerikanın Səsi" bildirib.

Yanvarın 6-da Tayvanda Amerika İnstitutu tərəfindən təşkil olunmuş məsləhətləşmələrdən sonra ABŞ və Tayvan nümayəndələri arasında yüksək səviyyəli əhəmiyyətli görüşlər baş tutub.

Tayvandakı Amerika İnstitutu 1979-cu il tarixli Tayvan Münasibətləri Aktı əsasında ABŞ-ın Tayvanla bağlı siyasətinin həyata keçirilməsinə cavabdehdir, çünki ABŞ Tayvanla rəsmi əlaqələr saxlamır.

Ağ Evin milli təhlükəsizlik müşavirinin müavini Con Finer, dövlət katibinin müavini Vendi Şerman və digər ABŞ rəsmiləri Tayvanın milli təhlükəsizlik müşaviri Vellinqton Koo və Tayvanın xarici işlər naziri Cozef Vunun başçılıq etdiyi nümayəndə heyəti ilə bir neçə saatlıq görüşüblər.

ABŞ rəsmiləri Vaşinqtonun uzunmüddətli siyasətinin dəyişməz qaldığını bildirib, lakin çərşənbə axşamı danışıqlar faktını təsdiq və ya təkzib etməyib.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: “Mən heç bir konkret görüş barədə şərh verə bilmərəm, lakin deyə bilərəm ki, biz Tayvanla güclü qeyri-rəsmi əlaqələr saxlayırıq və Tayvanla uzunmüddətli siyasətimizə uyğun olaraq əlaqələrimizi davam etdiririk”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]