Bu il Nobel Sülh Mükafatına 305 namizəd var

23-02-2023, 09:55           
Bu il Nobel Sülh Mükafatına 305 namizəd var
2023-cü il Nobel Sülh Mükafatına 305 namizəd var. Onlardan 212-si fərdi namizədlər, 93-ü isə təşkilatlardır.

Bu barədə çərşənbə günü Norveç Nobel Komitəsi məlumat yayıb.

“305 namizəd ötən ildəki 343 namizədlə müqayisədə xeyli azdır və 2019-cu ildən bəri ən aşağı rəqəmdir. Ardıcıl səkkiz il ərzində Sülh Mükafatı üzrə ərizə verənlərin sayı 300-ü ötüb. Hazırkı rekord 376 namizədlə 2016-cı ildə qeydə alınıb”, - məlumatda deyilir.

Alfred Nobelin vəsiyyətinə əsasən, Sülh Mükafatı xalqların birləşməsində ən böyük uğur qazanmış və ya orduların sayının azaldılmasında, habelə sülh konqreslərinin keçirilməsində daha çox iş görən şəxsə verilir. Sahibkarın son vəsiyyətinə görə, bu mükafat təsis edilən digər mükafatlardan fərqli olaraq Stokholmda deyil, Osloda verilir. Nobel yazıb ki, mükafatın verilməsi ilə bağlı qərarı Norveç parlamentinin təyin etdiyi beş nəfərdən ibarət komitə verməlidir. Ənənəyə görə, komitənin üzvləri əsasən Norveçin təqaüdçü siyasətçiləri və keçmiş partiya liderləridir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]