Meksikada narkotik tacirlərinə qarşı mübarizədəki əsas şəxs onlardan külli miqdarda rüşvət alıb

23-02-2023, 12:54           
Meksikada narkotik tacirlərinə qarşı mübarizədəki əsas şəxs onlardan külli miqdarda rüşvət alıb
Bir vaxtlar Meksikanın güclü cinayətkar dəstələrinə qarşı amansız müharibəsinin memarı və simvolu olan Qenaro Qarsia Luna narkotik kartellərindən milyonlarla dollar rüşvət alaraq ölkəsinə və həmkarlarına xəyanət etdiyinə görə Nyu-York məhkəməsində mühakimə olunub.

Andçılar heyəti çox sayda narkotacirin ifadəsini dinlədikdən sonra müttəhimin günahkar olması qənaətinə gəlib. Onlar Qarsia Lunanın ikili həyat sürdüyünü və Meksikanın ən böyük cinayət şəbəkəsi olan Sinaloa narkotik karteli tərəfindən gizli şəkildə maliyyələşdirildiyini təsdiq ediblər. Qarsia vaxtilə FTB-nin yerli analoquna rəhbərlik edib, sonra ictimai təhlükəsizlik katibi vəzifəsində çalışıb.

Qeyd edək ki, meksikalılar uzun müddətdir hökumətin ən yüksək səviyyələrində olan dövlət məmurlarının onilliklər ərzində qanqsterlərlə əlbir olmasına artıq adi hal kimi yanaşırlar.

Hazırda Qarsia Lunanı minimum 10 il, maksimum ömürlük həbs cəzası gözləyir.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]