Zelenski Ukraynanın bərpası ilə bağlı prioritetləri açıqlayıb

20-02-2023, 08:44           
Zelenski Ukraynanın bərpası ilə bağlı prioritetləri açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni bərpa etmək üçün üç əsas prioriteti açıqlayıb.

"Report"un məlumatına görə, o, "Welt"ə müsahibəsində deyib ki, birinci məsələ enerji sektorudur.

"Təkcə atom elektrik stansiyalarından, təbii qaz və elektrik enerjisindən danışmıram. Enerji istehsalını şaxələndirmək bacarığını inkişaf etdirmək vacibdir. Bunlar mənim ABŞ və Avropa ilə işləmək istədiyim yeni texnologiyalardır. Biz elektrik anbarı tikməliyik”, - Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, ikinci prioritet kənd təsərrüfatının inkişafıdır: "Ukrayna suvarma sisteminin və logistikanın inkişafına tərəfdaşları cəlb etməlidir. Bundan əlavə, Aİ, Afrika və Asiyada yeni taxıl mərkəzləri yaratmaq lazımdır. Ukraynada yetişdirilən buğda, qarğıdalı və bütün digər məhsulları çatdıra və saxlaya biləcəyimiz nəhəng qovşaqlar var. Bu qovşaqlar hazır olduqdan sonra biz mallarımızı oraya köçürə biləcəyik. Artıq bir neçə Afrika ölkəsi ilə bu barədə danışmışıq. Bu, əhəmiyyətli investisiya tələb edir".

Sonuncu prioritet kibertəhlükəsizliyin genişləndirilməsi ilə bağlıdır, çünki Rusiya daim Ukraynaya xaker hücumları edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]