Çexiya Rusiyadan qaz alınmasını tam dayandırıb

20-02-2023, 08:14           
Çexiya Rusiyadan qaz alınmasını tam dayandırıb
Çexiya Rusiya qazından asılılığı radikal səviyyədə azaldıb.

Bu barədə Çexiya sənaye və ticarət naziri Yuzef Sikela “Tvitter”-də paylaşım edib.

Yuzef Sikela yanvarda Rusiyadan 1 kubmetr belə qaz alınmadığını bildirib.

Ukrayna müharibəsindən əvvəl Çexiyanın qaz tələbatının 97 faizi Rusiya qazı hesabına təmin olunub. Çexiya Rusiya qazını Almaniya üzərindən nəql edilən Norveç qazı və Belçika və Niderlanddan maye qaz idxalı ilə əvəzləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]