Çin COVID-19 üzərində qəti qələbəsini elan etdi

17-02-2023, 08:24           
Çin COVID-19 üzərində qəti qələbəsini elan etdi
Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun Daimi Komitəsi COVID-19-un yayılması üzərində qəti qələbə qazanıldığını elan edib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Telekanalın koronavirusun qarşısının alınması ilə bağlı videomaterialında vurğulanıb ki, Çində COVID-19-dan ölüm halları dünyada ən aşağı səviyyəyə düşüb.

“Epidemiyanın qarşısının alınması və yayılmasına nəzarətdə böyük, həlledici qələbə əldə edilib. Ən çox əhalisi olan ölkənin pandemiyadan uğurla çıxması bəşər sivilizasiyası tarixində möcüzədir”, - deyə süjetdə bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]