Rusiya ilə qarşıdurma uzun müddət davam edəcək - NATO

17-02-2023, 08:44           
Rusiya ilə qarşıdurma uzun müddət davam edəcək - NATO
NATO-nun baş katibi Stoltenberq alyansı Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb.

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Fransanın "France-Presse" (AFP) agentliyinə müsahibəsində deyib.

“Biz çox, çox, çox uzun illər davam edə biləcək uzun bir səyahətə hazır olmalıyıq”, - deyən baş katib Rusiya ilə NATO arasındakı qarşıdurmanın nə qədər davam edəcəyini proqnozlaşdıra bilmədiyini deyib.

Stoltenberq həmin müsahibədə qeyd edib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladığı gecə yatıb:

"Mən yatmağa getdim. Ancaq çox qısa bir gecə idi, çünki bilirdim ki, nə vaxtsa, bir neçə saatdan sonra kimsə məni oyatacaq və belə də oldu” , - baş katib əlavə edib.

Onun sözlərinə görə, xüsusi əməliyyatın başlaması onun üçün heç də təəccüblü olmayıb. \\Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]