İrandan Rusiyaya qeyri-qanuni yolla təkmilləşdirilmiş PUA-lar gətirilib

13-02-2023, 09:44           
İrandan Rusiyaya qeyri-qanuni yolla təkmilləşdirilmiş PUA-lar gətirilib
“The Guardian” Tehrandakı mənbələrə istinadən iddia edir ki, İran Ukrayna ilə münaqişədə istifadə üçün Rusiyaya yeni növ qabaqcıl uzunmənzilli döyüş PUA-ları keçirmək üçün qayıqlardan və dövlət aviaşirkətindən istifadə edib.

Nəşr qeyd edir ki, Rusiya zabitləri və texniki mütəxəssislərinin 2022-ci ilin noyabrında Tehrana xüsusi səfərindən sonra İran tərəfi ən azı 18 belə PUA-nı Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verib.

Nəşr vurğulayır ki, onların arasında 200 km-ə yaxın məsafəni qət edən və hər qanadının altında iki raket daşımaq qabiliyyətinə malik “Mohajer-6” PUA-ları, həmçinin 12 “Shahed 191” və 129 pilotsuz uçuş aparatı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]