“Təəssüf ki, ”Dəmir qübbə” Ukraynanın işinə yaramır” – İsrail səfiri

13-02-2023, 08:19           
“Təəssüf ki, ”Dəmir qübbə” Ukraynanın işinə yaramır” –
İsrailin “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi Ukraynanın işinə yaramır.

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, belə bəyanatla İsrailin Kiyevdəki səfiri Mixail Brodski çıxış edib.

Səfir telemarafonda “Dəmir qübbə”nin Ukraynaya verilməsi haqda suala cavabında deyib: “Mənə elə gəlir ki, “Dəmir qübbə”nin Ukraynaya verilməsi məsələsi artıq gündəmdən düşüb. Biz hamımız çox gözəl başa düşürük ki, “Dəmir qübbə” Ukraynanın işinə yaramır. O, Ukraynanın hazırda üzləşdiyi problemləri həll etmək iqtidarında deyil”.

Səfir izah edib ki, “Dəmir qübbə” İsrailin müdafiəsində kifayət qədər effektiv durub, lakin bu sistem ölkəni “Həmas” və “Hizbulla”nın istifadə etdiyi qısa mənzilli raketlərdən qoruyur. “Təəssüf ki, o, ballistik raketlər, uzaqmənzilli raketlər problemini həll etmək iqtidarında deyil”, - Brodski qeyd edib. Səfir həmçinin bildirib ki, yaxın günlərdə İsrailin Xarici İşlər nazirinin Ukraynaya səfəri gözlənilir. “Bu, israilli nazirin müharibə dövründə ilk səfəri olacaq".

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski İsrailə çağırış etmişdi: Demokratik dünya ilədir, yoxsa Rusiyanın terroruna göz yumacaq?

Binyamin Netenyahunun yenidən iqtidara qayıtmasından sonra İsrailin Ukraynanın tərəfində mövqe tutmaq niyyəti görünməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]