İsrail İrana yenidən zərbə endirəcək – Politoloq

12-02-2023, 10:15           
İsrail İrana yenidən zərbə endirəcək – Politoloq
İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında silah-sursat göndərib. Bu dəfə də fürsəti qaçırmadı və Suriyaya humanitar yardım adı altında silah göndərdi. İsrail yəqin ki, buna sərt cavab verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev İranın humanitar yardım adı ilə Suriyaya silah-sursat göndərməsi barədə İsrailin açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, göndərilənlərin hərbi yük olması müəyyən ediləcəyi təqdirdə havadan vurulacağı istisna etməyib:

“İsrail Tehranın həmin qruplara hərbi sursat göndərdiyini təsbit edərsə, İran daxilindəki hərbi obyektlərə də zərbələr endirə bilər. İranın öz daxilində hərbi obyektlərin vurulması və yüksək rütbəli şəxslərinin sui-qəsdlə məhv edilməsi də mümkündür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]