KİV: Finlandiya NATO-ya İsveçsiz daxil ola bilər

7-02-2023, 09:34           
KİV: Finlandiya NATO-ya İsveçsiz daxil ola bilər
Türkiyə və Macarıstan alyansa qoşulmaq üçün ərizəni ratifikasiya edərsə, Finlandiya İsveç olmadan NATO-ya üzv olmağa hazırdır.

Bu barədə bazar ertəsi Finlandiyanın “İltalehti” qəzeti məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, ötən həftə bu məsələ Finlandiyanın aparıcı siyasətçiləri arasında müzakirə olunub.

“Biz faktları etiraf etməliyik: Biz Rusiyanın sərhəd qonşusuyuq. İsveçdəki geosiyasi vəziyyət bizimkindən tamamilə fərqlidir”, - qəzetin mənbəsi izah edib.

O, iddia edib ki, Finlandiya Milad bayramından əvvəl Türkiyə ilə razılaşmalı idi. “Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı heç bir problemi yoxdur”, - mənbə bəyan edib.

Qeyd edək ki, ötən həftə Finlandiyanın baş naziri Sanna Marin Stokholma səfəri zamanı Suominin İsveçlə birlikdə NATO-ya üzv olmaq niyyətində olduğunu təsdiqləyib. Eyni zamanda, həmin gün respublikada ictimai rəy sorğusunun nəticələri dərc olunub. Sorğuya görə, finlərin əksəriyyəti – 53%-i NATO-ya İsveçsiz daxil olmağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]