Zelenski Təhlükəsizlik Xidmətinin rəhbəri postuna namizəd irəli sürüb

7-02-2023, 00:05           
Zelenski Təhlükəsizlik Xidmətinin rəhbəri postuna namizəd irəli sürüb
Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidmətinin rəhbəri postuna namizəd irəli sürüb.

"Report" "Ukrinform"a istinadən xəbər verir ki, Prezident Zelenski Ali Radaya Vasil Malyukun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilməsi təklifini təqdim edib.

“Ukrayna Konstitusiyasının 106-cı maddəsinin birinci hissəsinin 14-cü bəndinə uyğun olaraq, Vasil Malyukun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təyin edilməsi təklifi ilə çıxış edirəm”, – təklifin mətnində deyilir.

Xatırladaq ki, 2022-ci il iyulun 17-də Prezident Vladimir Zelenski İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsindən kənarlaşdırıb. Ertəsi gün Ukrayna dövlətinin başçısı SBU rəhbərinin vəzifələrinin müvəqqəti icrasını birinci müavini Vasil Malyuka həvalə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]