Polşa Rusiya ilə sərhəddə sədd çəkəcək

6-02-2023, 11:13           
Polşa Rusiya ilə sərhəddə sədd çəkəcək
Polşa mart ayında Kalininqrad vilayəti ilə sərhəddə elektron hasarın tikintisinə başlayacaq.

Sərhəd xidmətinin leytenantı Anna Mixalskaya bildirib ki, Kalininqrad vilayətindən olan hissədə elektron sistem quru sərhədinin təxminən 200 km-ni əhatə edəcək.

Bildirilib ki, podratçı artıq layihə hazırlayır və o, sərhəd xidmətinə təsdiq üçün təqdim olunacaq.

Məlumata görə, sensorlar və kameralar sistemi sayəsində hava şəraitindən asılı olmayaraq 24/7 sərhədə nəzarət etmək mümkün olacaq. Bu halda birbaşa sərhəd xəttində canlı qüvvə saxlamağa ehtiyac qalmır. Alqoritmlər elə qurulub ki, sərhədçi ancaq insanların sərhədi keçmək üçün real cəhdlərinə cavab verə biləcək.

Qeyd edək ki, son bir il ərzində Polşa sərhədçiləri Rusiyadan sərhədi qanunsuz keçmə ilə bağlı 11 fakt qeydə alıblar.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]