Rusiya “Bayraktar” almağı düşünmür

22-04-2021, 07:59           
Rusiya “Bayraktar” almağı düşünmür
Rusiya Türkiyə istehsalı “Bayraktar” zərbə PUA-larını almağı planlaşdırmır.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətindən (FHTƏX) məlumat verilib.

“Rusiya hazırda “Orion” pilotsuz uçuş aparatlarına sahib olduğu üçün Türkiyədən "Bayraktar" pilotsuz uçuş aparatlarının alınmasını nəzərdən keçirmir”, Xidmətin mətbuat katibi Valeriya Reşetnikova bildirib.

Qeyd edək ki, 20 apreldə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu “Habertürk”ə verdiyi açıqlamada Ukraynaya döyüş PUA-larının satılması ilə bağlı razılaşmanın Rusiyaya qarşı yönəlmədiyini söyləyib. Eyni zamanda, rəsmi Ankaranın Türkiyənin müdafiə məhsullarının Moskvaya tədarükünü müzakirə etməyə hazır olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]