ABŞ Suriyanın şimalında yerləşən bazalara yeni silah və sursat göndərib

20-04-2021, 14:33           
ABŞ Suriyanın şimalında yerləşən bazalara yeni silah və sursat göndərib
ABŞ Suriyanın şimalında yerləşən bazalara yeni silah, sursat və maddi-texniki təchizat daşıyan 24 yük maşınından ibarət hərbi karvan göndərib. Ordu.az xəbər verir ki, bu barədə “Daily sabah” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, təchizat YPG silahlılarının nəzarəti altında olan Hasaka vilayətinindəki ABŞ bazasına çatdırılıb. Hərbi karvanın İraqla sərhəddən keçdiyi bildirilir.

ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizədə ilk növbədə Suriyanın şimal-şərqində YPG ilə əməkdaşlıq edir. Türkiyə YPG-nin Suriyanın şimalındakı varlığına qətiyyətlə qarşı çıxır.

ABŞ-ın hazırda YPG-nin nəzarəti altında olan Hasaka, Raqqa və Deyr ez-Zor vilayətlərində ümumilikdə 11 bazası var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]