Bayden bu tarixdə vəzifə bölgüsü edəcək

23-11-2020, 00:52           
Bayden bu tarixdə vəzifə bölgüsü edəcək
"Demokrat Cozef Bayden gələcək rəhbərliyindəki əsas təyinatlarını 24 noyabrda elan edəcək".

Publika.az xəbər verir ki, bunu Baydenin Ağ Ev aparatının rəhbəri təyin etdiyi Ron Klayn açıqlayıb.

"Əgər konkret şöbələrə kimin rəhbərlik edəcəyini bilmək istəyirsinizsə, seçilmiş prezidentin noyabrın 24-ə onların adlarınınverəcəyini gözləməlisiniz" - Klayn deyib.

Yeni aparat rəhbərindən demokratlar liderinin keçid komandasının administrasiyanın ümumi işlər idarəsini Baydenin ABŞ-dakı qələbəsini qəbul etməsinə məcbur etmək üçün hansı təsir gücünə sahib olduğu soruşularkın bildirib:

"İşlərin qəbulu prosesinin yalnız bir hissəsinə nəzarət edirik. Ağ Ev və Kabinetin işçilərini seçirik, siyasi kursun formalaşdırılması üçün planlar hazırlayırıq, yüksək səviyyəli görüşlər keçiririk".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]