Ukraynalı uşağın gündəliyində yazdıqları ürək dağladı - FOTO

5-05-2022, 10:33           
Ukraynalı uşağın gündəliyində yazdıqları ürək dağladı - FOTO
Ukraynanın Mariupol şəhərindən olan fotoqraf Yevgeni Sosnovski mühasirədə olan şəhərdə düşmənin raket və top atəşindən gizlənməyə çalışan 8 yaşlı uşağın gündəliyindən foto dərc edib.

Uşaq gözünün önündə baş verən dəhşətləri qələmə alıb. Buna baxmayaraq, qeydlərdən də göründüyü kimi, uşaq hər səhər gülümsəməyə davam edib.

Müharibə zamanı balaca Mariupol sakini babasını, nənəsini, iki itini, həmçinin sevimli şəhərini itirib. Yevgeni Sosnovskinin “Facebook” səhifəsində dərc etdiyi qeydlər şəbəkə istifadəçilərini təsirləndirib.

Mətnə əlavə olaraq, uşağın gündəliyinə əllərində silah olan əsgərlər, tanklar, vertolyotlar və dağıdılmış ev şəkilləri çəkib.

“Mənim iki itim, nənəm Qalya və sevimli Mariupol şəhərim fevralın 24-dən bütün bu müddət ərzində öldü”, - deyə uşaq qeyd edib.

Gündəlikdən də göründüyü kimi, uşaq 38 yaşlı anası və 15 yaşlı bacısı ilə birlikdə hava zərbələrindən sığınacaqlarda gizlənib. Bir gün bütün ailə yaralanıb və zədə alıb.

Uşaq böyük ad günü tortunun ətrafında ailəsini çəkərək qarşıdan gələn ad günü haqqında da yazıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]