Yarımkeçirici qıtlığı avtomobil sənayesini təhdid edir

31-10-2021, 10:31           
Yarımkeçirici qıtlığı avtomobil sənayesini təhdid edir
Yarımkeçiricilərin qıtlığına görə bu il böyük şirkətlər istehsalı ciddi şəkildə azaltmağa məcbur olub.

APA-nın xəbərinə görə, “Volkswagen” qrupu istehsalı 24%, “Stellantis” isə 27% geriləyib. Çiplərin çatışmazlığına görə böyük şirkətlər istehsal tempini azaldıb.

Almaniya, Fransa, İtaliya və Türkiyədə çox sayda zavodun fəaliyyəti dayanıb. Birləşmiş Krallıqda istehsal sentyabrda 41% azalaraq 1982-ci il səviyyəsinə enib. “Peugeot”, “Fiat” və “Chrysler”i birləşdirən “Stellantis” qrupu isə planlaşdırılandan 600 min ədəd az avtomobil istehsal edib. “General Motors”un dövriyyəsi ötən ilin üçüncü rübündə 35,5 milyard dollar olduğu halda, bu ilin müvafiq dövründə göstərici 26,8 milyarda enib.

Ümumilikdə bu il dünyada 2020-ci ildəkindən 7,7 milyon ədəd az avtomobil istehsal ediləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]