20 ilin gəlir statistikası

20-10-2021, 17:01           
20 ilin gəlir statistikası
Bakı Araşdırmalar İnstitutunun Bakuresearchinstitute.org saytı əhalinin adambaşına gəlirləri ilə bağlı hesabat yayıb. Qeyd olunur ki, rəsmi statistika 2001-ci ildə adambaşına gəlirləri 29,1 manat, 2005-ci ildə 64,4 manat, 2010-cu ildə 144,2 manat, 2015-ci ildə 240,5 manat, 2020-ci ildə 291,4 manat göstərib.

Araşdırmaya görə, 2020-ci ildə əhalinin adambaşına gəlirlərində pensiyaların payı 2001-ci illə müqayisədə 7,9%-dən 16,6%-ə, müavinət və sosial yardımların payı 1,7%-dən 3,2%-ə, ölkə xaricindən alınan vəsaitlərin payı 1,7%-dən 2%-ə, ölkə daxilində başqa ailələrdən alınan vəsaitlərin payı 4,8%-dən 8,3%-ə yüksəlib.

2001-ci ilə nəzərən əhalinin adambaşına gəlirlərində muzdlu işlə əlaqəli gəlirlərin payının 39,9%-dən 35,7%-ə, kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlərin payının 35,4%-dən 11,8%-ə, əmlakın icarəyə verilməsi üzrə gəlirlərin payının 3,8%-dən 0,4%-ə düşdüyü vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]