Armenia kabusu: Dünyanı mat qoyan kadrlar – VİDEO

10-08-2021, 09:46           
Armenia kabusu:
Kolumbiyanın Kindio departamentinin paytaxtı Armenia şəhərində əcaib bir hadisə qeyd alınıb. Azvision.az “New York Post”a istinadla xəbər verir ki , şəhərin meri Xose Manuel Rios Morales sosial şəbəkədə gözəgörünməz, naməlum bir qüvvənin merlik binasının gecə gözətçisinə necə hücum etməsinin videosunu paylaşıb.

Merin öz feysbuk səhifəsində yayımladığı müraciətdən və videodan bəlli olur ki, idarənin gözətçisi gecə koridorları gəzərkən gözəgörünməz bir qüvvə ona hücum edib, vurub kənara atıb, sonra isə o tərəf-bu tərəfə sürüyüb. Hər şey Hollivudun klassik horror filmlərindəki səhnələri xatırladır. Videoda görürük ki, nə ilə üzləşdiyini anlamayan gözətçi qışqıraraq, həmkarlarını köməyə çağırır və iki nəfər ona yardıma gəlirlər.


Armenianın meri əhaliyə müraciətində kabusu qovmaq üçün xüsusi komanda topladığını bildirib. “Biz idarənin hər küncündə yepiskop və digər din xadimlərilə Allaha dualar edəcəyik” ,- o deyib.


Merin paylaşdığı video yerli camaatı iki yerə parçalayıb. Bir qism onun Allaha sığınaraq, infernal qüvvələrlə mübarizə aparmalı olduğunu deyib, digər qism isə hoqqabazlıqda və şou çıxarmaqda suçlayaraq, ələ salıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]