Bəşəriyyət təbii fəlakət qarşısında: Yer sürətlə isinir

10-08-2021, 08:07           
Bəşəriyyət təbii fəlakət qarşısında:
İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupu bəyan edib ki, Yer əvvəllər hesab edildiyindən daha sürətlə isinir.

Bu barədə qrupun hesabatında bildirilir.

Qeyd olunur ki, fəlakətli sonluqdan yayınmaq imkanı getdikcə azalır. Artıq planetdə orta hərarət 1,1 dərəcə artıb. Bu isə o deməkdir ki, istənilən halda ən geci 2040-cı ilədək Yer 1.5 dərəcəyədək isinəcək. Lakin əgər karbon tullantıları bugünki templə davam edərsə, o zaman həlledici 1,5 dərəcə səviyyəsi daha tez aşılacaq.

Belə olan halda dünya ölkələrində daha intensiv təbii fəlakətlər – qasırğalar, quraqlıqlar, sel və yanğınlar müşahidə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]