Gübrə kəskin bahalaşır: Ərzaq bazarını hansı risklər gözləyir? - Video

Bu gün, 11:27           
Gübrə kəskin bahalaşır: Ərzaq bazarını hansı risklər gözləyir? - Video
Dünyada davam edən müharibələr qlobal gübrə bazarında qiymət artımına səbəb olur. Xüsusilə, Azərbaycanın əsas ticarət tərəfdaşlarının yerləşdiyi regionlarda baş verən qarşıdurmalar və təchizat zəncirində yaranan problemlər bu sahəyə də təsir göstərir. Nəticədə idxal olunan bəzi gübrələrin qiyməti son dövrdə 25-35 faiz artıb.

TEREF Baku TV-yə istinadla bildirir ki, qiymət artımı fermerlərin xərclərinə də təsirsiz ötüşmür.


Bahalaşma fonunda gübrədən istifadənin azaldılması isə məhsuldarlıq və məhsulun keyfiyyəti ilə bağlı riskləri artırır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli məsələ ilə bağlı bildirib ki, gübrələrin bahalaşması fermerlərin onlardan daha az istifadə etməsinə səbəb olur. Bu isə birbaşa məhsuldarlığa təsir göstərir.

Onun sözlərinə görə, əvvəllər Rusiyadan gətirilən azot gübrəsinin bir tonu 31 manata satılırdısa, hazırda bu rəqəm 43 manata yüksəlib. Yerli istehsal olan karbamidin qiymətində də artım qeydə alınıb.

Mütəxəssis hesab edir ki, fermerlər artan xərclərə baxmayaraq, gübrədən istifadədən imtina etməməlidirlər:

"Əslində, indi baha da olsa, gübrəni alıb məhsuldarlığı artırmalıdırlar. Onlar qazanclarını yalnız məhsuldarlığın artırılması hesabına artıra bilərlər".

Mütəxəssisin fikrincə, gübrələrin bahalaşması bütün kənd təsərrüfatı sahələrinə, o cümlədən taxılçılıq, tərəvəzçilik və meyvəçiliyə mənfi təsir göstərə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]