Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
Bu gün, 00:10

Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi, 84 ünvanında yol kənarındakı ağacların gecə saatlarında çıxarıldığı bildirilir. Sakinlər ərazidə yeni obyekt tikiləcəyindən və yaşayış binasının mənzillərinin pəncərələrinin qarşısının kəsiləcəyindən narahatdırlar.

Bizimesr.info xəbər verir ki, redaksiyaya daxil olan videogörüntülərdə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi, 84 ünvanında yol kənarındakı ağacların kökündən çıxarıldığı, ərazinin isə tullantılarla çirkləndirildiyi qeyd olunur.

Sakinlərin sözlərinə görə, ağaclar gecə saatlarında şıxarılıb və ərazi obyekt tikintisi üçün mərhələli şəkildə hazırlanır. Onlar yaxın vaxtlarda həmin sahədə obyekt tikintisinə başlanılacağından şübhələnirlər. Çünki əvvəllər də eyni halların şahidi olublar və məhz bu ərazidə aylar əvvəl də eyni hadisəı baş verib və indi bu məklanda obyekt fəaliyyət göstərir.

Qeyd olunur ki, sakinlərin şikayətindən sonra əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən baxış keçirilsə də, məsələ ilə bağlı hər hansı nəticə əldə olunmayıb.Daha doğrusu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bildiriblər ki, ərazini bu hala salan adama bir söz deyə bilmirlər, çünki onun adamı var.

Sakinləri narahat edən digər məsələ isə ərazidə tikilən obyektlərin yaxınlıqdakı yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzillərin pəncərələrinin qarşısını kəsməsidir. Onlar hesab edirlər ki, bu cür tikintilər sakinlərin yaşayış şəraitinə, mənzillərin təbii işıqlandırılmasına və şəxsi məkanına mənfi təsir göstərir.

Qeyd edək ki, Xətai rayonunda ağacların kəsilməsi, yaşıllıq sahələrinin taleyi və yaşayış binalarının yaxınlığında aparılan tikinti işləri ilə bağlı narazılıqlar vaxtaşırı gündəmə gəlir. Bu baxımdan General Mehmandarov küçəsi, 84 ünvanındakı hadisə növbəti agackəsmə və obyekt tikintisinəı hazırlığın biridir.

Mövzu ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, sorğularımıza cavab almaq mümkün olmayıb. Çünki Xətai RİH başçısı Rafiq Quliyev üçün belə hallar sıradan sayılır. Qurumun heç bir əməkdaşı bu kimi hallarla mübarizə aparmaqda maraqlı deyil.
Bizimesr.info

