Məşhur brendin ətrinin satışı Avropada qadağan edildi
Bu gün, 16:19
"Chanel" brendinin kişi ətiri olan "Allure Homme" sağlamlıq üçün təhlükəli hesab edilən maddəyə görə Avropa İttifaqı ərazisində satışdan çıxarılıb.
Bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat dərc olunub.
Məlumata əsasən, ətirin bir partiyasında kosmetik məhsullarda istifadəsi Aİ-də qadağan edilmiş lilial adlı maddə aşkarlanıb.
Ətirə xoş qoxu vermək üçün istifadə olunan bu komponentin reproduktiv sistemə mənfi təsir göstərə, həmçinin güclü dəri allergik reaksiyalarına səbəb ola biləcəyi bildirilir.