Gömrükdə hər rütbənin öz qiyməti var imiş... - İLGİNC İDDİALAR...
Bu gün, 15:58

"Dövlət Gömrük Komitəsində işə götürmə, kadr yerdəyişməsi DGK rəhbəri Şahin Bağırovun əsas qazanc yerlərindən biridir, desək, yanılmarıq. Hələ rütbələrin verilməsi və digər titullar..." Bu barədə "DİA-AZ"a daxnışan mənbə bildirir.
Bu gün DGK kimi mühüm bir dövlət qurumunun korrupsiya və rüşvət burulğanında boğulduğunu qeyd edən mənbə bütün prosesin birbaşa olaraq Şahin Bağırovdan qaynaqlandığını desə də, onun əsas İŞ İCRAÇISI kimi diqqətə gələn Dövlət Gömrük Komitəsinin İnsan Resursları (kadrlar) İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərovu da qeyd olunan prosesin ƏSAS VİNTİ hesab edir.

Mənbə bildirir: " DGK-da işçilərin attestasiyasını daxildə kecirilər. "Səriştəsizlik" bəhanəsi ilə istədiklərini işdən çıxarır və yaxud da yerini dəyişirlər. Daha çox pul verəni isə təbii ki, irəli çəkrilər. Az pul verənlərdən ərazilərə göndərilənlər də olur. Hər bir rütbənin ayrı qiyməti var. Bu məsələyə birbaşa olaraq Vüqar Əsgərov baxır. 4-5 min manatdan tutmuş 35-40 min manata qədər qiymət dəyişir. Təbii ki, irəli getmək istəyənə rütbə də lazımdır..."
Eyni zamanda pensiya yaşı çatanların da başına oyunlar açıldığını deyən mənbə əlavə edir ki, bir çox halla5rda gömrük əməkdaşlarının pensiyaları az hesablanır və bu da DGK-nin özündən qaynaqlanır.
Əlavə bilgilərimiz olacaq... Bizi izləməyə davam edin...

