Oğuz dövləti və Oğuz Xan, m.ö. XXIII əsr.( 4300 il öncə)
Bu gün, 12:54

Oğuz Xan və qurduğu dövlət haqqında ən düzgün və ətraflı məlumatı fədakar Alimimiz Prof. Dr İlhami Cəfərsoyun bu yaxınlarda işıq üzü görəcək kitabından alacağıq. Mən isə tarixi xronologiyanı pozmamaq üçün Oğuz Xan və onun qurduğu dövlət haqqında məhdud məlumatları Sizlərə çatdırıram
Oğuz boyu ən qədim adıyla AğÜz boyu 15 min öncə OdƏrBağdayda (Azərbaycanda) mövcud olmuş OdƏr (Azər) boylarından biri olmuşdur. OdƏr (Azər) dilində yəni Prof. Dr. Firudin Ağasıoğlunun adlandırdığı kimi desək Ulutürkcədə Ağ Ulu Tanrı deməkdir. Ulu Tanrı özüdə ilk SafAğdı, onun yaratdıqları ondan törəyənlər də Ünü sananlardır insandır. "Ağ" sözünün mənası həm də SafAğ İnsandı yəni , ən saf İnsan deməkdir. Üz sözü məna, Mənalı SafAğ insan mənasında işlənir. Oğuz (AğÜz) Ulu Tanrının mənası yəni mənalı (Üz) insan (SafAğ) deməkdir. AğÜzlər indiki Quzey Azərbaycan, Ermənistan və Doğu Anadolunun Van (EvÜn) gölünə qədər əraziləri əhatə edirdi. 10 min il öncə AğÜz (Oğuz) boyları Azər Tayfa Birliyi tərkibində olmuşdur. Oğuz (AğÜz) boylarının bir hissəsi 6 min il öncə Xəzər (Azər) dənizinin quzeyinə köç etdilər və oradan da 5 min öncə Xəzər (Azər) dənizinin doğusunda yerləşdilər. M.ö IV minillikdə Oğuz (AğÜz) boyları ƏrAta (Aratta) dövlətinin tərkibinə qatılmışdılar. M.ö.III minillikdə Oguz boyları UluBağ (Lulubey) dövlətində öz varlığını saxlayırdılar.**
** M.ö. XXIII əsrdə Xəzər dənizinin güney-doğusunda indiki Türkmənistanda və ona yaxın ərazilər daxil olmala Oğuz dövlətini qurdular. Dövlətin əsas qurucularında biri Oğuz adını daşımış Elbəyi olub və ilk Xanı da o özü olmuşdur.**
**X əsrin məşhur coğrafiyaçı və tarixçisi əl-Məsudi özünün "Muruc uz-zəhəb" əsərində türk xalqlarından bəhs edərək Alp Ər Tonqanı (bəzi dastanlarda Oğuz xan ilə eyniləşdirilən Əfrasiyabı) türklərin ən qədim xaqanlar xaqanı və böyük hökmdarı kimi qeyd etmişdir.**
** Mahmud Kaşğari özünün məşhur "Divanü lüğat-it-türk" əsərində Oğuz xanın adını birbaşa çəkməsə də, oğuzların dili, mədəniyyəti və Oğuz boylarının möhürləri/tamqaları barədə fundamental məlumatlar verərək Oğuzşünaslığın təməlini qoymuşdur. Mahmud Kaşğari Oğuz xanın şəxsi bioqrafiyasını və ya onun fəthlərini bədii xronika (dastan) kimi yazmasa da, Oğuz xanın qurduğu sosial-tayfa sistemini (oğuz boylarını və onların iyerarxiyasını) elmi şəkildə qeydə alan ilk müəlliflərdən biridir.**
** Elxani vəziri və tarixçisi Fəzlullah Rəşidəddin özünün məşhur "Tarixlər toplusu" əsərində Oğuz xanı real bir tarixi şəxsiyyət kimi təsvir etmişdir. O, Oğuz xanın həyatı, yürüşləri və onun 24 nəvəsindən törəyən Oğuz boyları haqqında geniş tarixi-şəcərə məlumatları vermişdir. Rəşidəddin həmçinin Oğuz xanın qəbrinin Göyçə gölü yaxınlığında olduğunu qeyd etmişdir.** **Rəşidəddin Qazan xanın sifarişi ilə yazdığı bu məşhur əsərində türk-oğuz mənşəyinə, Oğuz xanın həyatına, fəthlərinə və nəslindən olan türk tayfalarının tarixinə mühüm yer ayırmışdır.**
** Xivə xanı və tarixçi Əbülqazi Bahadır xan Oğuz xan haqqında məlumatları özünün 1658–1659-cu illərdə çağatay türkcəsində yazdığı məşhur “Türklərin soy ağacı” əsərində qələmə almışdır. Əbülqazi Bahadır xanın verdiyi məlumatlara görə, Oğuz Xan real tarixi şəxsiyyət olub və Məhəmməd Peyğəmbərdən 4000 il əvvəl yaşayıb. Bütün dünya tarixçiləri tərəfindən tam ciddi alim kimi dəyərləndirilən Rəşidəddin də Oğuz Xandan real tarixi şəxsiyyət kimi söhbət açır və onun qəbrinin Goyçə gölü yaxınlığında olduğunu söyləyir.** **Əbülqazi xan bu əsəri yazarkən türkmənlər arasında yaşayan şifahi rəvayətlərə, eləcə də Rəşidəddin daxil olmaqla əvvəlki dövrlərə aid yazılı mənbələrə və "Oğuznamə" silsiləsinə istinad etmişdir.** **Əsərdə Oğuz xan bütün türk və oğuz boylarının ulu babası kimi təqdim olunur, onun nəslindən gələn qollar və tayfaların şəcərəsi izlənilir. Əbülqazi xan Oğuz xanın fəthlərindən bəhs edərkən, onun Türküstanı fəth etməsini, Qur dağlarından keçməsini və ordusu ilə etdiyi yürüşləri təsvir edir.**
** Görkəmli rus şərqşünası, sinoloqu və çuvaş mənşəli tarixçisi Nikolay Yakovleviç Biçurin dünya tarix elmində Oğuz xan (Oğuz xaqan) obrazını Böyük Hun İmperiyasının qurucusu Mete xan (Mode Şanyü) ilə eyniləşdirən ilk alimdir.Biçurin qədim Çin salnamələrini (məsələn, Sima Syanın "Şici" əsərini) birbaşa orijinaldan rus dilinə tərcümə edərək Hun hökmdarı Mete xanın həyatını, onun atası Tuman (Teoman) şanyü ilə olan mübarizəsini və dünyanı fəth etmə salnaməsini araşdırmışdır. O, Çin mənbələrindəki Mete xan profili ilə türk əfsanələrindəki (xüsusilə "Oğuznamə"lərdəki) Oğuz xan obrazı arasındakı hərbi təşkilatlanma, yürüşlər və ailə daxili münaqişə paralellərini görərək, Oğuz xanın prototipinin məhz Hun hökmdarı Mete (e.ə. 209–174) olduğunu elmi şəkildə əsaslandırmağa çalışmışdır.**
** XII əsr tarixçisi Bayburtlu Osman isə öz əsərlərində müəllifi məlum olmayan qədim bir kitab- “Bəhr əl-ənsab” haqqında məlumat verərək bildirir ki, həmin kitabdakı hadisələr Dədə Qorqud dastanları ilə səsləşir və kitabda Bayandur xan elinin eramızdan əvvəlki dövrdəki qəziyyələri öz əksini tapıb. Bayburtlu Osman əsərinin "Bayandur xan" bölümündə məlumatları müəllifi naməlum olan qədim "Bəhr əl-ənsab" adlı kitaba əsaslandığını qeyd edir.** **O, Oğuz tarixini məzhəb və inanc baxımından iki yerə ayırır: birinci dövrü İslamdan əvvəlki dövr kimi ("din-məzhəb bilməzlər idi, amma haqqa iqrarları var idi"), ikinci dövrü isə İslam dövrü kimi təqdim edir.**
** XIV əsrin oğuz əsilli tarixçisi Əbu Bəkir bin Abdullah bin Aybək əd-Dəvadəri isə özünün “Dürəri tican” əsərində eramızın IV əsrində naməlum müəllif tərəfindən qələmə alınmış “Ulu xan Ata bitikçi” kitabı barədə məlumat verərək yazır ki, “ türkdilli xalqlara böyük sevinc bəxş edən bu kitab oğuzlar arasında çox məşhurdur. Çünki həmin kitabda oğuzların 3000 il öncəki erkən həyatlarından və ilk hökmdarlarından, qəhrəmanlarından danışılır. Kitabda Təpəgözün Pəri qızından doğulması, oğuzlara asi kəsilməsi və Aruz oğlu Basat tərəfindən öldürülməsi (eyni ilə “Kitabi Dədə Qorqud”dakı Təpəgöz boyunda olduğu kimi- S.V.) əks olunmuşdur…” ( X.Koroqlı. “Oquzskiy qeroiçeskiy epos”. M.,-1976. s.-38). Göründüyü kimi, Oğuz xanın real tarixi şəxsiyyət olması, müasir Azərbaycan, İran, İraq, Suriya ərazilərini əhatə edən geniş bir arealda hökmdarlıq etməsidir. .(Vikipediya)**
** Zəki Vəlidi Toğan (1890–1970): Dünyanın ən məşhur türkoloq və tarixçi alimlərindən biridir. O, Rəşidəddinin əsərindəki "Oğuznamə" variantını geniş şəkildə araşdırmış, onun üzərində tədqiqatlar apararaq 1972-ci ildə yenidən nəşr etdirmişdir. Toğan Oğuz dastanlarının tarixi köklərini eramızdan əvvəlki Sak-İskit dövrünə qədər aparıb çıxarmışdır.**
** İngilis arxeoloqu Flinders Petri yüz il bundan qabaq onun ehramını tapmışdır. Ehramın içində Oğuz xanın mərmər üzərində barelyefi var. Heykəl sınaraq ortadan iki yerə bölünmüşdür. Oğuz xanın qələbələrini əks etdirən şəkillər, mərmər üstündə qabartmalar olmuşdur. O sənətkarlıq nümunələri Fələstinlə Sinay dağı arasında Oğuz xanın saldırdığı Saruxan, Arazxan və Avar şəhərlərində idi. Yeni çarlıq dövrü fironları Fələstini tutanda həmin şəhərlər yerlə yeksan edilmiş, tarixi abidələrin çoxu bizə gəlib çatmamışdır. Çünki Oğuz xan Asiyada yox, Nil çayının qərbində dəfn olunmuşdur. Ozamankı inanca görə, günün batdığı yer ölülər dünyası hesab edilir və müqəddəs sayılırdıOğuzların və müttəfiqlərinin Misirdə 511 illik hakimiyyətinin sübutu kimi çoxlu abidələr qalmışdır. Onlardan biri firon Xencerin ehramıdır. Maraqlıdır ki, Aran və Oğuz nəslindən çıxan fironların ehramları taş adlanırdı. Bu barədə Klota bəyin 1843-cü, Avdiyevin 1948-ci ildə nəşr olunan kitablarında dəyərli bilgilər var.**
** Akademik Q.Maspero yazır ki, bizim eradan əvvəl II minilliyin əvvəllərində Misirdə I Tekeli və II Tekeli adlı xanlar fironluq etmişdir. Təkə türkmən tayfasıdır. Q.Maspero onu da qeyd edir ki, Oğuz mənşəli fironlar vəliəhd ikən şat, taxta çıxandan sonra ağa titulu daşıyırdılar. Bundan başqa xan titulu orta çarlıq dövrü fironları Şat adlı bir tanrıya tapınırdılar. Piramida mətnlərində st kimi yazılan bu teonimi bəzi mətnşünaslar Set, bəziləri Şat, bəziləri Şad kimi oxuyurlar. Oğuz xanla birlikdə Misiri tutan tayfalardan biri Tekle adlanırdı. Tekle türkmən tayfalarından biridir.**
** XIX əsrdə Rusiyada yaşamış fransız əsilli səyyah, etnoqraf və qafqazşünas İvan İvanoviç Şopen 1866-cı ildə Sankt-Peterburqda nəşr etdirdiyi “Qafqaz və onun qədim sakinləri haqqında yeni bilgilər” kitabında yazır ki, Oğuz xan real tarixi şəxsiyyət olmuş, bizim eradan əvvəl XXIII əsrdə yaşamış, 80 minlik arabadan ibarət ordu ilə Nil vadisini tutmuşdur. Həmin mənbələr Jan Fransua Şampolyonun 1822-1832-ci illərdə oxuduğu Misir papirus mətnləridir. Sözügedən mətnlərdə göstərilir ki, Nil vadisi orta çarlıq dövründə, yəni bizim eradan əvvəl 23-18-ci əsrlərdə asiyalı çoban knyazlar tərəfindən idarə olunmuşdur. Həmin knyazların başında xan titulu daşıyan Oğuz övladları dururdu. Yalnız Sadax yox, Kənan mənşəli xanların çoxu türk totem adları daşıyırdılar. Yusifin doğma qardaşı Beniamin oğlanlarına Kurt, Kuyu, Tengiz, Arslan, Qul, Kur adları qoymuşdu. Sadax yalnız Yusif Kənanın oğlunun adı deyildi. Kənan nəslinin əsas kultu idi. Yusif övladları Misirdə də, Misirdən qovulanda da inşa etdikləri Sadax məbədini ziyarətə gələrdilər. Borçalı mahalındakı Sadaxlı kəndinin camaatı həzrəti Yaqub hümmətinin son qalıqlarıdır.**
** “Oğuznamə”yə görə, ulu Cahan hakimiyyətini quran Oğuz Xaqandır. Oğuz Xaqan onun və qarşılıqlı olaraq mənsub olduğu Türk xalqının “İlahi hakimiyyətini” qəbul etməyən xalqların və qövmlərin üzərinə yürüşlər edərək dünyanı fəth etmişdir. Bu yolda Oğuz Xaqana Türk dastan və əfsanələrində mühüm rol oynayan Boz Qurd yol göstərmişdir. Əfsanəyə görə, Göydən enən Bozqurd Oğuz Xaqana: “Ey Oğuz! Sən Urum (Roma) üzərinə getmək istəyirsən. Mən (Bozqurd – A.M.) sənin önündə yürüyəcəm” – demiş, Oğuz Xaqan da Bozqurdu təqib edərək hərbi səfərə çıxmış, Rum hökmdarını yenmiş, Çin, Hindistan, İran, Azərbaycan, İraq, Suriya, Misir, Anadolu, Rus və hətta Firəng ölkələrini belə fəth etmişdir.**
** Tarixi mənbələr məhdud olsada, aydın olur ki, hətta indiki Fələstin, İordaniyada Oğuz nəslindən hökmdarlar olmuş və Misirdə də fironlar hökmranlıq etmişdir. Belə görünür ki, Oğuz xan haqqında Avropa tarixçiləri müəyyən məlumata malikdirlər. Biz isə Oğuz xan, dövləti və onun fəth etdiyi ölkələr haqqında məlumatı başlanğıcda deyildiyi kimi fədakar Tarixçi Alimimiz İlhami Cəfərsoyun (Oğuz xanın geniş miqyasda fəthlərini təsdiq edir) özünün verdiyi məlumata görə bu yaxın vaxtlarda tamamlanacaq kitabından ala biləcəyik. Ulu Tanrı Azərbaycan Türklərinin tarixinin bərpası üçün çalışan Tarixçi Alimlərimizi qorusun, uzun ömür və can sağlığı versin ki, qarşılarına qoyduqları məqsədləri, işləri başa çatdıra bilsinlər.**
Təvəkgül Nəbioğlu


