Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...

Bu gün, 11:59           
 Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
Əslində Nərminə Hüseynova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri postuna təyin olunanda müəyyən qədər inam yaranmışdı. Təbii ki, sadəlövh adamlarda var idi bu inam. Bu ilin 23 fevral tarixində elan olundu ki, Nərminə xanım BŞTİ-nə rəhbər təyin olunur. "DİA-AZ" bildirir ki, elə hər şey də buradan başladı...

İlk olaraq onun tərcümeyi halına nəzər salaq. Hazırki vəzifəsinə qədər Nərminə Hüseynova Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb.

Nərminə Hüseynova 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində çalışıb.
2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini olaraq çalışan Nərminə Hüseynova 2023-cü ilin oktyabr ayından MÜTDA-nın direktor müavini kimi fəaliyyət göstərib.
Nərminə Hüseynova Bakı Dövlət Universitetində və Böyük Britaniyanın Nottinqem Universitetində beynəlxalq münasibətlər və dövlət idarəçiliyi üzrə təhsil alıb. Evlidir, 2 övladı var.
***
Yəni Nərminə xanımın bərli-bəzəkli tərcümeyi-halına güvənən "obıvatel"lər ümid edirdilər ki, Bakı təhsilində normal fəaliyyət müşahidə olunacaq. Amma əksi baş verdi və bu gün Bakı məktəblərində müşahidə olunanlar da belə deməyə əsas yaradır ki, əslində Nərminə Hüseynova bu post üçün ən uğursuz olanıdır. Amma nədənsə hörmətli Emin müəllim Əmrullayev cənabları onun təiynatına imza atıb.
Beləcə özünü güvəndə hiss edən Nərminə Hsüeynova bu gün az qala kriminal ünvana çevrilən Bakı məktəbləri üçün YOL XƏRİTƏSİ arayıb-axtarmaq əvəzinə tutduğu postun yaratdığı imkanları öz şəxsi maraqları üçün istifadə etməkdədir. Bu gün BŞTİ-nin xidməti avtomobilləri belə Nərminə Hüseynovanın ailəsinin ixtiyarındadır. Təsəvvür edin, dövlətin maşını dövlətin hesabına Nərminə Hsüeynovanın uşaqlarını məktəbə, gəzməyə, dükana, nənəsigilə və yaxud da harasa daşıyır...
Əslində tək bu deyil ki... Bu üzdə olanıdır. Nərminə Hüseynova bu qısa müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsini həm də BAZARA çevirməyə müvəffəq olub.
Bizim elə əsas məqsədimiz də budur. İŞƏGÖTÜRMƏ BİZNESİ... Nərminə xanım təhsil işçilərinin işə qəbulunu əməll-başlı KOLXOZ BAZARILprinsipləri ilə həyata keçirir. Bu barədə ilginc faktlar əldə etmişik. Biabırçılığın sxemi var imiş...
Bizi izləyin. Növbəti yazımız olacaq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]