Moskvanın Zamoskvoretski Məhkəməsində dövlət ittihamçısı rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsovanın qiyabi olaraq beş il müddətinə həbs edilməsini tələb edib.
TEREF TASS-a istinadən xəbər verir ki, Nemtsova arzuolunmaz təşkilata rəhbərlik etmək ittihamı üzrə mühakimə olunur.
Onun cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməsi tələb olunur.
Qeyd edək ki, Rusiyada xarici agent kimi tanınmış Janna Nemtsova jurnalist, ictimai xadim və qətlə yetirilmiş siyasətçi Boris Nemtsovun qızıdır. O, 2015-ci ildə Boris Nemtsov adına “Azadlıq uğrunda” fondunu təsis edib. 2026-cı ilin iyulunda jurnalist arzuolunmaz təşkilatın fəaliyyətinin təşkili ilə bağlı cinayət işi üzrə qiyabi həbs edilib. Rusiya Nemtsovanı beynəlxalq axtarışa verib./“Qafqazinfo”/