Gömrük şefi hələ də Ramiz Mehdiyevə BİƏT EDİR... - FAKT BUDUR!
Bu gün, 12:17

Keçən yazımızda Dövlət Gömrük Komitəsi daxilində CASUS OVUNA start verilməsi ilə bağlı məlumat paylaşmışdıq. Lakin bəzi texniki dəqqiləşdirmələr səbəbindən həmin məlumatları yeniləməli olduq. "DİA-AZ"a bu barədə danışan mənbə bildirir kİ, mətbuatda gömrük sistemindəki eybəcərliklərin ifşasından sonra rəhbərlik əməlli-başlı əl-ayağa düşüb və axtarışlara start verib.
Mənbəyə görə, hər kəsdən şübhələnirlər və dünənə qədər cüzi narazılığı olan işçiləri az qalan "ETİBARSIZ" elan edərək, onları təcrid etməyə başlayıblar.
Əsas məsələ isə təbii ki, DGK-dakı eybəcərliklərin ifşasını əngəlləmək niyyəti ilə bağlıdır. Hər halda gömrükdəki başbilənlər heç də yaxşı metod seçməyiblər. İFŞA DAVAM EDİR...
"DİA-AZ"a danışan məbnə bildirir ki, bütün ölkədə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə dövlətin hansı münasibəti saxlaması hər kəsə bəlli olan bir faktdır. Amma görünəni odur ki, hörmətli DGK şefi Şahin Bağırov ya Ramiz Mehdiyevə hələ də sadiq qaldığını nümayiş etdirmək istəyir, ya da siyasi savadsızlığı səbəbindən ölkədə nələrin baş verdiyini dərk edə bilmir.
Əldə etdiyimiz bilgilərdən belə aydın olur ki, Mehdiyevçilər bu günm DGK-da ən mühüm mövqelərdə təmsil olunurlar. Bu isə elə DÖVLƏTİMİZ üçün AÇIQ TƏHLÜKƏ anlamını daşıyır. Çünki Ramiz Mehdiyev bu gün az qala VƏTƏNƏ DXƏYANƏTDƏ ittiham olunur... özünə xarici havadarlar taparaq ölkədə dövlət çevrilişinə cəhd etməyə çalışıb və bu ittihamla mühakimə olunub. AMEA-da, YAP-da Mehdiyevlə bağlı sərt qərarlar çıxarılır. Keçmiş PA şefinin titulları əlindən alınır...
Və belə bir məqamda Şahin Bağırov inad edərək Mehdiyevə sədaqət nümayiş etdirir. Əslində bu həm də təhlükəli niyyətə sədaqət anlamına da gəlir. Ən azından nəzərə alınmalıdır ki, Ramiz Mehdiyevin kadrları DGK kimi xüsusi əhəmiyyətli dövlət qurumunda söz sahibidrlər...
Məsələ diqqətimizdədir...

