Ukrayna evində keçirilən reyd zamanı 91 uşağın heç bir izinə rast gəlinmədi
Bu gün, 12:18
Uşaq pulu ilə bağlı şübhələrə görə səhər tezdən təxminən 200 polis əməkdaşı Hamburqun Winterhude rayonunda yerləşən, “Ukrayna evi” adlandırılan məkanda reyd keçirib. Almaniya Federal Əmək Agentliyinin Ailə Kassası (Familienkasse) burada 150 şübhəli halı araşdırırdı. Söhbət saxta şəxsiyyət məlumatlarından və saxta ünvanlardan gedirdi. Reyd zamanı polis əməkdaşları uşaq pulu almaq hüququ olan 37 nəfəri və 91 uşağı yerində tapa bilməyiblər. Ailə Kassasının açıqlamasında deyilir: “Bu 91 uşaq üçün uşaq pulu ödənişləri dərhal dayandırılıb.” Kiminsə qanunsuz olaraq uşaq pulu alıb-almadığı hələlik məlum deyil. Çünki araşdırmaçılar hadisənin başqa, zərərsiz izahlarının olub-olmadığını da yoxlayırlar. Şübhələr təsdiqlənərsə, həmin şəxsləri cəzalar gözləyə bilər və artıq ödənilmiş uşaq pullarının geri qaytarılması tələb oluna bilər. 91 uşağın taleyindən hələ də xəbər yoxdur, indi isə uşaq pulu ödənişləri də dayandırılıb. Mənbələr: BILD, Euronews Sarvan Səmədoğlu