Nəsibə Zeynalovanın kəşməkeşli həyatından bir yarpaq
Bu gün, 17:54

Nəsibə Zeynalova dayanacaqda gül dəstəsi ilə avtobus gözləyəndə Şəmsi Bədəlbəyli ona yaxınlaşıb salam verir: “Gül xanım, necəsən? Mən sənin atanı tanıyırdım”. Söhbət əsnasında Nəsibə xanım bildirir ki, işsizdir. Şəmsi Bədəlbəyli onun yaxşı rəqs etdiyini bilib, filarmoniyaya gətirir. O, səhnəyə ilk dəfə Şəmsi Bədəlbəylinin köməyi ilə gəlir. Lakin buna baxmayaraq Nəsibə xanıma mane olurdular. Məsələn, onu sonradan filarmoniyadan uzaqlaşdırırlar. Teatr Texnikumunda oxuyanda onun qarşısını kəsirdilər. Şəmsi Bədəlbəyli dünyasını dəyişəndə Nəsibə xanım “Mən ikinci dəfə yetim qaldım” deyir. Çünki Şəmsi Bədəlbəyli ömrünün sona kimi ona dəstək olmuşdu.
“Qaynana” filminə Xalq Nəzarət Komitəsində baxış keçirilir, film bəyənilir və Nəsibə xanıma gül dəstəsi verilir. Nəsibə xanım həmkarlarına zarafatla deyir: “Çox maraqlıdır, bunlar buradan heç kimi gül dəstəsi ilə yola salmırlar, həbsxanaya göndərdilər. Amma mənə gül verdilər”.
Nəsibə xanım məşqlərin birində tərəf müqabili Məmmədsadıq Nuriyevə zəng vurub deyir: “Mən bu gün gələ bilməyəcəyəm. Üzr istəyirəm, ağız qoxusu…Soğan yemişəm”. M.Nuriyev isə ona belə cavab verir: “Dur məşqə gəl, mən özüm sarımsaq yemişəm”.
Anar Tagiyev.

