Deputatın şirkəti TENDERİ BELƏ UDUR - iddia edirdilər ki, vergi borcları yoxdur...
Bu gün, 09:37

Mədəniyyət Nazirliyinin "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə iri miqyaslı tikinti-quruculuq işlərinin icrası məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurmaq üzrədir.


32gun.az-ınverdiyidiyi məlumata görə, Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi üzrə keçirilən satınalma müqaviləsinin "CRYSTAL İNŞAAT" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanması gözlənilir.
Ehtimal olunan satınalma müqaviləsinin maliyyə dəyəri 42.980.647,13 AZN (təxminən 43 milyon manat) təşkil edir.

32gun.az-ın əldə etdiyi əsas məlumata görə, 43 milyon manatlıq dövlət sifarişini icra etməyə hazırlaşan "Crystal İnşaat" ASC-nin hazırda dövlət büdcəsinə 14.359,64 AZN məbləğində vergi borcu mövcuddur.
2018-ci ildə təsis edilən "Crystal İnşaat" ASC ölkənin ən böyük tikinti və istehsalat holdinqlərindən biri olan "Crystal Group of Companies" (Kristal Şirkətlər Qrupu) tərkibinə daxildir.

Milli Məclisin deputatı və "Azəraqrartikinti" ASC-nin Müşahidə Şurasının sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev "Crystal Group of Companies" ASC-nin Müşahidə Şurasının sədridir. O, 2024-cü ilin fevral ayından etibarən bu nəhəng qrupun rəsmi olaraq rəhbərliyini və ümumi idarəçiliyini həyata keçirir.

