Süni zəka ixtisaslarına maraq artır – İqtisadçı

Bu gün, 10:34           
Süni zəka ixtisaslarına maraq artır – İqtisadçı
Qlobal şirkətlər vəzifələri süni intellektlə əvəz olunduğu üçün işdən çıxarılan əməkdaşları geri qaytarmağa başlayıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

“Bu fenomenə hətta bir ad da verilib: "Süni İntellekt bumeranqı". Bunun nə dərəcədə geniş yayıldığı hələ tam aydın olmasa da, dünyada bu cür hallara getdikcə daha tez-tez rast gəlinir”, - məlumatda qeyd olunub.

Tənqidi düşüncə, əməkdaşlıq bacarığı, yaradıcı yanaşma və təşkilatın özünəməxsus incəliklərini anlamaq tələb olunduqda, bunlar süni intellektin heç cür təqlid edə bilmədiyi məqamlardır. Və məncə, məhz bu nöqtədə şirkətlər dərk etməyə başlayırlar: "Bu cür işləri görmək üçün bizə həqiqətən insanlar lazımdır”, - “Robert Half” şirkətinin regional direktoru Bill Driskoll deyib.(Axar.az)

Süni intellektin geniş tətbiqi gələcəkdə işsizlik səviyyəsinə və əmək bazarında maaşlara necə təsir göstərə bilər?
İqtisadçı ekspert Günay Hüseynova Bizimyol.info xəbər portalına bildirir ki, süni intellektin bir çox sahələrdə geniş yaranması bir çox sahələrdə, işçilər arasında təşviş təşviş yaradıb. Təbii ki, bu bu sahənin inkişafı gələcəkdə kütləvi işsizlik olacağı və ya başqa sözlə desək işsizlik ordusunun artması kimi düşünülməməlidir.

İqtisadçı ekspert deyir: “Süni intellektin inkişafı müəyyən sahələrdə insan əməyini əvəz edə bilsə də, müəyyən sahələrdə edə bilmir. Maliyyə, iqtisadiyyat, risklərin idarə olunması və bu kimi sahələrdə, xüsusi ilə beyin təfəkkürü tələb olan sahələrin müəyyən hissəyə qədərini həll edə bilmə qabiliyyəti olsa da, daha üst səviyyəsi mümkün olmur. Süni intellektin əvəz etdiyi sahələr əksərən standart tələb olunan sahələrdir”.

Günay Hüseynova vurğulayır: “Gələcəkdə işsizlik və əmək bazarına təsirinə qaldıqda isə bu sahələrə görə dəyişə bilir. Müəyyən əl əməyi tələb edən sahələrin yaxın gələcəkdə süni zəka ilə əvəzlənməsi, hətta vətəndaşların problemi süni zəka ilə həll etməsi və nəticədə bu sahələrdə işsizlik yaranacağı gözlənilir”.

İqtisadçı deyir ki, bir çox ölkələrdə artıq universitetlərdə süni zəka ilə bağlı ixtisaslar yaradılır,: “Əmək bazarında maaşlara təsirinə qaldıqda isə düşünürəm ki, müəyyən sahələrdə əmək haqları arasında tələb və süni zəkanın tətbiqinə əsasən kəskin fərqlər yaranacaq.

Məsələn, hər hansısa bir avadanlıqda problem olduqda əvvəlki illərdən fərqli olaraq əksər insanlara usta sahəsinin mütəxəssisinə müraciət etmədən öncə süni zəka ilə məsləhətləşib problemi həll edir. Bu da təbii ki, həmin sahədə olan tələbi azaldır .

İkinci bir tərəfi isə həddindən artıq tələbin artmasıdır. Məsələn, süni zəkanın həll edə bilmədiyi ,insan təfəkkürünə ehtiyac sahələrdə isə tələbə əsasən kəskin qiymət artımı ola bilər.

Bir çox ölkələrdə artıq universitetlərdə süni zəka ilə bağlı ixtisaslar yaradılır, cəmiyyət artıq bu sahələr ilə inteqrasiya olunub idarə edilir”.

Günay Hüseynova əlavə edib: “Ölkəmiz üçün mövzunu dəyərləndirsək : Düşünürəm ki, hələ biz buna hazır deyilik. Onsuz da ölkədə müəyyən qədər işsizlik problemi var, gənc nüfuzun sayı azalıb, doğum səviyyəsi aşağı enib. Tamamilə süni texnologiyaya keçid vəziyyəti daha da çətinləşdirə bilər”.

Günel Həsənova
Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]