ŞOK İDDİA!!! Məhərrəm Talıbovun 2000-ci illərdə bir neçə nəfəri şəxsən öldürdüyü və onların meyitlərini Batabat yaylağında basdırdığı iddia olunur
Bu gün, 17:58

Məhərrəm Talıbovun 2000-ci illərdə bir neçə nəfəri şəxsən öldürdüyü və onların meyitlərini Batabat yaylağında basdırdığı iddia olunur. Bununla bağlı onun yaxın qohumlarının bu yaxınlarda hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir.
Bu haqda “Gündəlik Naxçıvan”a hüquq-mühafizə orqanlarının birində çalışan mənbə məlumat verib. Onun sözlərinə görə, aidiyyəti qurumlar hələlik məsələni araşdırmaqda tərəddüd edir.
M. Talıbov Naxçıvana 27 il rəbhərlik etmiş Vasif Talıbovun qardaşıdır.
Mənbənin bildirdiyinə görə, Məhərrəm Talıbovun yaxın qohumlarının illər əvvəl baş verdiyi iddia olunan hadisələri indi üzə çıxarmasına səbəb mülk mübahisəsi olub:
“Məhərrəmin xarici ölkələrdə, xüsusilə Türkiyədə xeyli mülkləri var. İşdən çıxarıldıqdan sonra bu mülklərin bölgüsü ilə bağlı yaxın qohumları arasında ciddi mübahisələr yaranıb. O, haqqı çatanlara cüzi pay verməklə kifayətlənib. Mübahisə bir neçə ildir davam edirmiş. Əlləri hər yerdən üzülən qohumlar o həddə çatıblar ki, Talıbovdan qisas almaq qərarına gəliblər.”
Mənbənin sözlərinə görə, öldürüldüyü iddia olunan şəxslər arasında qadınlar da var:
“Verilən məlumata görə, o, 1990-cı illərin sonu və 2000-ci illərdə qadınlar da daxil olmaqla bir neçə nəfəri məişət zəminində, yaxud onların biznesini ələ keçirmək məqsədilə öldürüb və meyitlərini Batabat yaylağında basdırıbmış. Bəzilərini istirahət adı ilə aldadaraq Batabata aparıb, elə oradaca öz tapançası ilə öldürdüyünü deyirlər.
Sonradan həmin şəxslərin ailələrinə təzyiq edildiyi, onlardan yaxınlarının itkin düşdüyünü, yaxud öz əcəli ilə öldüyünü demələrinin tələb olunduğu bildirilir.
Hətta bir qadını qısqanclıq zəminində Əshabi-Kəhf dağında hündür qayadan itələyərək aşağı atdığı da iddia olunur.
Şikayətçilər arasında bu hadisələrin bəzilərinə şahidlik etdiyini deyənlər də var. Onlar bildirirlər ki, o vaxt qorxudan məsələni açıb-ağarda bilməyiblər. Bunlar çox ciddi ittihamlardır. 20–25 il əvvəl baş verdiyi deyilən bu hadisələrin araşdırılıb-araşdırılmayacağını deyə bilmərəm.”
Məhərrəm Talıbov 1996-cı ildən 2022-ci ilədək Naxçıvanda yüksək vəzifələrdə çalışıb.
“Gündəlik Naxçıvan” səsləndirilən ittihamlarla bağlı Məhərrəm Talıbovun və aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışsa da, hələlik cavab ala bilməyib.
Adları çəkilən şəxs və qurumlarında mövqeyini dərc etməyə hazırıq!
TEREF

