Dövlətin büdcəsinin dolması vətəndaşın kasıblaması hesabına baş verirsə, bu ümumi iqtisadi inkişafa zərbə vurur.

Bu gün, 17:46           
Dövlətin büdcəsinin dolması vətəndaşın kasıblaması hesabına baş verirsə, bu ümumi iqtisadi inkişafa zərbə vurur.
Gömrük rüsumlarının əsas məqsədi yerli istehsalı xarici rəqabətdən qorumaqdır. Ölkədə həmin məhsul istehsal efilmilmirsə idxalını yüksək rüsumla bahalaşdırmaq sadəcə soyğunçuluqdur.
Məsələn, Almaniyaya nə gətirib sata biləcəyimi araşdırırdım. Gördüm ki, manqonun idxal gömrük rüsumu 0%-dır. Almaniya deyir ki, məndə və Avropa İttifaqında yetişmədiyi üçün gətir sat.
Amma Alma gətirsən, standart gömrük rüsumu 9%-ə qədərdir + süni çətinliklər yaradılır. Çünki alma Avropada yetişir.
Meyvə-tərəvəzdən başqa ciddi heçnəyi olmayan Azərbaycanda isə həyat üçün lazım olan məhsulların idxalına yüksək gömrük rüsumları var.
Almaniya, Yaponiya və Çin şirkətləri milyardlarla investisiya qoyur, minlərlə insan işlədərək avtomobil istehsal edir. Hər satdığı avtomobildın 800-3000 dollar arası təmiz xeyir götürür.
Azərbaycan gömrüyü isə, ölkəyə gətirilən o avtomobildən 15-20 min dollar pul qopardır.
Elə dərman, geyim, texnika və ölkəyə idxal olunan digər məhsullarda da vəziyyət belədir. Dövlət həmin məhsulu istehsal edən şirkətdən daha çox qazancı gömrük rüsumları və vergilər hesabına əldə edir.
Dövlətin büdcəsinin dolması vətəndaşın kasıblaması hesabına baş verirsə, bu ümumi iqtisadi inkişafa zərbə vurur. Sadə gömrük vergisi ilə inkişiaf edən Gürcüstan göz qabağında.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]