Ağ şəhərdə müəmmalı görüşlər: Köhnə “dostlar” nəyin intizarını çəkirlər?

Bu gün, 11:21           
Ağ şəhərdə müəmmalı görüşlər: Köhnə “dostlar” nəyin intizarını çəkirlər?
Aldığımız məlumata görə, 10 gün bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Bəxtiyar Məmmədov Ağ şəhərdə köhnə patronu Fuad Nəcəfli ilə görüşüb.
Maraqlıdır ki, görüşdə yalnız bu iki şəxs iştirak etməyib. Onlarla yanaşı digər şəxslər də görüşə rövnəq qatıblar. Məclisi rövnəqləndirənlər bunlardır: Muxtar Respublikada fəaliyyət göstərən “Osmos” su filtrasiya sistemini işlədən Türkiyə vətəndaşları Özkan və Ərkan, həmçinin, Naxçıvanda “binatikən Nihad” kimi tanınan iş adamı Nihad Hüseynov. “Binatikən Nihad” o şəxsdir ki, Fuad Nəcəfli Naxçıvana rəhbərlik etdiyi dövrdə onun maşınını sürürmüş. Yəni aralarındakı münasibət 100 minlərlə manat dəyərində olan maşını dostunun ixtiyarına verəcək qədər səmimi imiş.

“Binatəkən” Nihadla Fuad Nəcəflini dostluğunun çox maraqlı tarixçəsi də varmış. İddiaya görə, onların dostluğunun möhkəmlənməsində “Cahan” Holdinqin Koroğlu heykəlinin yanındakı 5 hektarlıq ərazisinin mənimsənilməsinin mühüm rolu olub. Belə ki, Fuad Nəcəfli Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunandan az sonra həmin ərazini “Cahan” Holdinqdən zorla alıb “Binatikən Nihad”a 2 milyon manata satıb.
Ərkan və Özkana gəlincə, bildirilir ki, bu şəxslər də Nihadla Fuadın ortaq dostudurlar. Onları Naxçıvana Fuad Nəcəfli gətirib, Muxtar Respublikanın su-filtrasiya sisteminin təmiri layihəsini heç bir tender keçirmədən onlara hədiyyə edib.
Görüşdə iştirak edənlərdən biri də “Nobel” enerji şirkətinin əməkdaşı Rauf Rüstəmov olub. İddialara inansaq, Rauf bəy də ucuz əyarlı dostlardan deyilmiş. Fuad Nəcəfli Naxçıvanda at oynatdığı dövrdə smeta dəyəri 35 milyon manat olan “Araz-1”, “Araz-2” su kəmərlərinin inşasını sevimli dostu Raufa “peşkəş çəkibmiş”.
Sual oluna bilər: Fuad Nəcəfli “darıdan sonrakı bildirçin bəyliyi” dövründə köhnə dostlarını niyə tez-tez başına yığıb və onlarla nəyi müzakirə edir?
Ümidvaram ki, “tendersatan” əfəndi və onun məmurları bu müəmmanı araşdırıb öz kanalları vasitəsilə mənə də məlumat ötürəcək, mən də onu sizinlə paylaşacağam.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]