Qoşqar Təhməzlinin şübhəli TENDER ORTAĞI - Bir araşdıran olsa...
Bu gün, 09:38

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahənin rəqəmsallaşdırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın məlumata görə, agentlik tərəfindən elan edilmiş "Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinin izlənilməsi üçün elektron sistemin formalaşdırılması xidmətləri”nin satın alınması tenderinin qalibi "DATALEAD" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 290.280,00 AZN təşkil edir.
Qalib şirkət bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalından son istehlakına qədər olan dövriyyəsinin şəffaflığının təmin edilməsi, eləcə də izlənilżəliliyinin (traceability) artırılması üçün xüsusi elektron sistemin formalaşdırılması və proqram təminatı xidmətlərini həyata keçirəcəkdir.
Rəsmi qeydiyyat məlumatlarına əsasən, nizamnamə kapitalı cəmi 10 AZN olan "Datalead" MMC Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A, mənzil 26 ünvanında hüquqi qeydiyyatdadır. Cəmiyyətin qanuni təmsilçisi Ruslan Məmmədov Rəfi oğludur.
Qeyd edək ki, Qoşqar İlahi oğlu Təhməzli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədridir.

