Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR

Bu gün, 09:18           
Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
Bakının Ceyhun Hacıbəyli küçəsində mağaza sahibi yolu zəbt edib.
Ajans.az xəbər verir ki, ərazidə avtomobillərin saxlanılmasının qarşısını almaq üçün yolun kənarında, park yeri kimi istifadə oluna biləcək hissədə taxta yeşik maneə qoyulub.
Ajans.az-ın əldə etdiyi görüntülərdə həmin əşyaların küçənin bir hissəsini tutduğu və sürücülərin avtomobillərini saxlamaq imkanını məhdudlaşdırdığı aydın görünür.

İctimai istifadədə olan küçə və yol kənarlarının ayrı-ayrı obyekt sahibləri və ya şəxslər tərəfindən bu şəkildə məhdudlaşdırılması qanun pozuntusu hesab olunur. Belə ki, hər hansı ərazinin şəxsi təşəbbüslə zəbt edilməsi, hərəkətə və parklanmağa maneələrin yaradılması ictimai məkanlardan istifadə qaydalarına dair suallar doğurur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]