Öcalan azadlığa çıxdı – Sensasiya

Bu gün, 00:00           
Öcalan azadlığa çıxdı – Sensasiya
PKK terror təşkilatının lideri Abdullah Öcalan az öncə komissiya (Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyası) üzvü təyin edildi. Komissiya üzvü olduğu andan etibarən məhkumluğu sona çatdı.

Bu barədə Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ deyib.

Siyasətçi bildirib ki, mövcud Türkiyə qanunvericiliyinə görə, məhkum komissiya üzvü ola bilməz:

“Abdullah Öcalan hazırda məhkum deyil. Məhkum olmadığı üçün də artıq həbsxanada deyil, onun üçün inşa edilən malikanədə yaşayacaq. Bu malikanə eyni zamanda Öcalanın işləməsi üçün lazımi vasitələrlə təchiz edilib. Bu villada özü, köməkçiləri və gələcəkdə evlənəcəyi şəxs olacaq. Görüşləri burada baş tutacaq. Siyasi fəaliyyətini buradan idarə edəcək.

Bəli, Öcalan azadlığa çıxdı. Bunu cəmiyyətə necə izah etməyi, qəbullandırmağı düşünürlər? Təbii ki, A.Öcalandan elə tələblər gəlir ki, mən belə duyduğumda “Ola bilməz o qədər” deyirəm”./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]