"Azərbaycan qədim sivilizasiyaların mərkəzi hesab olunur."
Bu gün, 15:04

"Azərbaycan qədim sivilizasiyaların mərkəzi hesab olunur. Strabona istinad edərək deyə bilərik ki, Atropatene əhalisi çox döyüşkən bir xalq olub. Bu insanlar nə Makedoniyalı İskəndərə, nə də sonradan Selevkilərə tamamilə boyun əyməyiblər. Onlar öz müstəqilliklərini qorumaq üçün bölgənin çətin dağlıq relyefindən ustalıqla istifadə edirdilər.Bölgə İskəndərin yürüşləri zamanı xüsusi rol oynayıb və bu regionun keçilməz təbiəti var.
Azərbaycan adı antik "Atropatene" sözündən gəlir, bu adın zamanla keçdiyi fonetik dəyişiklik (Atropat - Adurbad - Azer) dilçilik baxımından da izah edilir.Atropatene öz etnik kimliyi, öz dili və öz ordusu olan bir millət kimi çıxış edirdi. Antik mənbələrdə adı keçən Ekbatana (Həmədan) şəhəri əslində iki dənədir və onlardan biri məhz Azərbaycan ərazisində yerləşir.
Azərbaycan "Atəşgahlar diyarı" idi və buranı qədim maqların mərkəzi sayırdılar. Azərbaycan ərazisi hər zaman digər bölgələrdən fərqlənən, özünəməxsus hərbi və siyasi kimliyi olan bir yer kimi təsvir edilir.Arazdan şimalda və bu çayın ətrafında yaşayanlar döyüşkən və atçılıqla məşğul olan xalqlardır ki, bu da birbaşa qədim türk həyat tərzinin təsviridir. "Turanian" adlandırılan proto-türk dilləri daha sərt, hərbi terminlərlə zəngin bir dil imiş. "Araxes" (Araz) və "Cyrus" (Kür) çaylarının ətrafındakı yaşayış məskənlərinin adları Turan (türk) mənşəlidir və bu adlar bu günə qədər yerli əhali tərəfindən qorunub saxlanılır".
Britaniya elmi dairələrində çox vaxt Archdeacon Williams kimi tanınan John Williamsın “An Essay on the Geography of North-Western Part of Persia and the Course of the Araxes". kitabından (1829).
Kitabda türklük birbaşa "Turk" adı ilə deyil, Skif, Saka və Tartar terminləri ilə verilir.
Kitabın PDF formatı:
https://babel.hathitrust.org/cgi/pt?id=mdp.39015063903937...
Prof.Dr. Zaur Aliyev
Şəkil: Azərbaycanlılar, 1900-cü illər.
Azərbaycanlıların səhifəsi

