Futbolçunun ölümünə səbəb olan qapıçı həbs oluna bilər

Bu gün, 12:24           
Futbolçunun ölümünə səbəb olan qapıçı həbs oluna bilər
İspaniya Milli Polisi "Tenerife" futbol klubunun hücumçusu Xesus de Migelin ölümü ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə "El Día" qəzeti məlumat yayıb.

Araşdırmanın məqsədi futbolçunun meydanda başına gələn hadisənin, eləcə də xəstəxanaya yerləşdirildikdən sonra vəziyyətinin ağırlaşmasının bütün təfərrüatlarını aydınlaşdırmaqdır. İş məhkəməyə göndərilib.

Qeyd olunub ki, "Andorra" klubunun qapıçısı Xesus Ovononu Xesus de Migelin ölümünə səbəb olması ilə əlaqədar həbs cəzası gözləyə bilər. İspaniya qanunvericiliyində kobud ehtiyatsızlıq nəticəsində ölümə səbəb olmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Bu əmələ görə dörd ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Xatırladaq ki, noyabrın 2-də İspaniya çempionatının ikinci divizionu çərçivəsində keçirilən ev oyununda "Andorra" klubunun qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra de Migelin ürəyi dayanıb.

Huşunu itirən futbolçuya ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb. Lakin Xesus de Migel noyabrın 3-də xəstəxanada vəfat edib.

Xesus de Migelin 30 yaşı var idi. O, 2025-ci ilin yayından "Tenerife" klubunda çıxış edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]