9 şirkətə 25 milyon manat: 1 hektar da əkilməyib! - Azərbaycanda film kimi olay...
Bu gün, 10:57

Bu dəfə bir türlü inkişaf edə bilməyən kənd təsərrüfatından danışırıq və bundan sonra davamlı danışmağı düşünürük. Suallar çoxdur...
- Ərzaq məhsulları niyə bu qədər sürətlə bahalaşır?
- Qiymət artımının əsas səbəbi nədir: istehsal xərcləri, yoxsa bazardakı nəzarətsizlik və ya inhisarçılıq?
- Doqquz ayda ərzaq idxalına 2 milyard dollardan çox vəsait xərclənməsi nə deməkdir?
- Niyə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edə bilmir?
- Artan idxal yerli kənd təsərrüfatını zəiflətmirmi?
- Az qala kənd təsərrüfatının bütün sahələrinə ayrılan subsidiyalar niyə idxaldan asılılığı azaltmır?
- Kərə yağı istehlakının son 10-12 ildə adambaşına 4,7 kiloqramdan 3 kiloqrama düşməsi nə deməkdir?
- Bizdə fermerin istehsal etdiyi südü sata bilmir, küçəyə tökür (video yayılmışdı), eyni zamanda ölkə günü-gündən süd idxalını artırı. Bu paroksu necə izah edə bilərsiz?
- Ərzaq təhlükəsizliyinə cavabdeh qurumlar nəticələrə görə niyə hesabat vermirlər?
- Ümumiyyətlə, kənd təsərrüfatına ayrılan vəsaitin səmərəliliyi necə ölçülür?
- Ərzaq bahalaşmasına görə konkret hansı qurum məsuliyyət daşımalıdır?
- Gələn ildən 67 şəhər və rayon öz xərclərini özləri ödəyəcək. Bu nə qədər realdır?
Niyaz Niftiyev

