Maykl Ceksonun qızı atasının mirasından 600 milyon dollar tələb edir

Bu gün, 16:24           
Maykl Ceksonun qızı atasının mirasından 600 milyon dollar tələb edir
Amerikalı müğənni və aktrisa Paris Cekson atası Maykl Ceksonun mirasından 600 milyon dollar (təxminən 1 milyard 20 milyon manat) tələb edib.

"Page Six" nəşri xəbər verir ki, 28 yaşlı Paris Cekson müğənninin vəsiyyətinin icraçısı Con Brankanı övladlarının miras payını əldə etməsinə mane olmaqda ittiham edib.

Onun sözlərinə görə, pop musiqisinin kralı Maykl Ceksonun vəfatından 17 il keçməsinə baxmayaraq, mirasdan ayrılan vəsaitin övladları üçün yaradılmış trast fondlarına köçürülməməsinin heç bir qanuni əsası yoxdur.

Paris Cekson iddia edir ki, atasının mirası milyardlarla dollar gəlir gətirsə də, onun və qardaşlarının - 29 yaşlı Prins və 24 yaşlı Bici Ceksonun xeyrinə yaradılmış fonda vəsait köçürülmür.

O, həmçinin övladların nə vaxt və hansı məbləğdə pul alacağına məhz Con Brankanın nəzarət etdiyini bildirib.

Maykl Ceksonun vəsiyyətnaməsində göstərilib ki, övladları 21 yaşına çatdıqdan sonra trast fondundakı paylarından gəlir əldə etməyə başlamalıdırlar. Lakin Paris Ceksonun iddiasına görə, bu, indiyədək baş verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]